0
Saturday 30 January 2010 - 16:42

MUXTAR RESPUBLİKADA FACİƏ

Şərur məscidində dəhşətli qətl hadisəsi.
Story Code : 19540
MUXTAR RESPUBLİKADA FACİƏ
Etibarlı mənbənin verdiyi məlumata görə, məsciddə keçirilən yığıncaqda rayon ərazisində fəaliyyət göstərən mollalara vəsiqə paylanarkən insident yaranıb.

Axund təqribən 40-dək mollaya onların qanuni fəaliyyət göstərməsinə imkan verən sənədlər paylasa da, Qarxun kəndindən olan Qasım Məmiyevə vəsiqə verməyib.

Q.Məmiyev axunddan “sənə vəsiqə düşmür” cavabı aldıqdan sonra qəzəblənərək Şərurun mərkəzi bazarına gedib ordan qəssabların istifadə etdiyi iri bıçaq alaraq geri qayıdır və yenidən məscidə girərək baş molla Hacı Əkbəri və onun müavini Qəzənfər Quliyevi bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələrinə tuş gələn axund və müavini dərhal xəstəxanaya çatdırılsa da, ora çatanda artıq hər ikisi keçinib.

Q.Məmiyev isə birbaşa Şərur rayon polis şöbəsinə gedərək təslim olub. Bildirilir ki, qətlə yetirilən mollaların meyitləri hələ də mərkəzi rayon xəstəxanasında ekspertizadadır.

Q.Məmiyevin təqribən 40 yaşı var. O, xaricdə yox, ölkəmizdə molla məktəbini bitirib.
Mənbənin sözlərinə görə, bu şəxs digərləri ilə müqayisədə fərqli dünyagörüşə malik, həqiqəti deyən mollalardan olub: “Elə ona görə də axund ona vəsiqə verməyib”.

Faktla bağlı cinayət işi qaldırıldığını deyən mənbə hadisədən dərhal sonra Şərur rayon prokurorluğu, polis şöbəsi, icra hakimiyyəti, milli təhlükəsizlik şöbəsi əməkdaşlarının olay yerinə gəldiyini bildirdi.
Elşad Paşasoy

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Source : Yenimusavat
Comment