0
Saturday 15 September 2012 - 11:20

Növbəti etiraz Avstraliyadan gəldi

Story Code : 195542
Növbəti etiraz Avstraliyadan gəldi
"IslamTimes" Avstraliyanın "Sidney Morninq Herald" xəbər agentliyinə istinadən xəbər verir ki, bu ölkə vətəndaşları da İsrail və ABŞ-ın sifarişi ilə hazırlanmış filmə etiraz ediblər. Polis isə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Mətbuatda yayımlanan xəbərlərə əsasən, çox sayda polisin müşayiəti ilə yüzlərlə avstraliyalı Sidneyin Pit Street məntəqəsindən Hayd Parka doğru irəliləyiblər. Etirazçılar şüarlar səsləndirərək İslam Peyğəmbərinin təhqir olunmasında rolu olanların cəzalandırılmasını tələb ediblər. Polisin etirazçılara qarşı gözyaşardıcı qaz və itlərdən istifadə etməsi bir neçə nəfərin yaralanmasına səbəb olub. Aksiya zamanı saxlanılanlar olduğu da bildirilir.
Comment