0
Monday 17 September 2012 - 06:59

“İrana hərbi müdaxilə məsələsində ABŞ-a etimad edə bilmərik”

Story Code : 196090
“İrana hərbi müdaxilə məsələsində ABŞ-a etimad edə bilmərik”
APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ölkəsində nəşr olunan “Hayom” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsrailin İrana müdaxilə ilə bağlı israrı bu il noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisinə təsir göstərməyəcək: “Müdaxilə üçün son anadək gözləməyimiz lazım olduğunu söyləyirlər. Bəs ABŞ İrana müdaxilə etməzsə, onda nə edəcəyik? Bu sualı özümüzdən soruşmağımız lazımdır”.
Comment