0
Monday 24 September 2012 - 10:14

Səudiyyə həbsxanalarında dözülməz işgəncə halları

Story Code : 198094
Səudiyyə həbsxanalarında dözülməz işgəncə halları
"IslamTimes" "ArabPress" xəbər agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan hüquq müdafiəçiləri və fəallar bu ölkə həbsxanaları ilə bağlı ilginc faktlar üzə çıxarıb. Fəalların hazırladığı bəyanatda diktatorluq hökm sürən rejimdə 13 nəfərin dözülməz işgəncələr vasitəsi ilə həbsxanada qətlə yetirildiyi xəbər verilir.

Şübhəli şəraitdə ölümləri elan edilən 13 məhbusun adları açıqlanaraq dövlətdən onların hansı səbəbdən öldüyünün izah edilməsi tələb olunub. Bəyanatda bu 13 məhbusun Sultan Əd-Dəis, Yaser Əş-Şəhri, Abdullah əl-Hazemi, Feysəl Əş-Şəhri, Əhməd ibn Habut, Sultan əz-Zeyd, Məşəl Əl-Hərbi, Əbu Təysir Əl-Buhəyran, Xalid Əbulse Əl-Ğamedi, Saleh Əl-Yəhi və iordaniyalı bir həkimdən ibarət olduğu bildirilir. Uyğun bəyanatın bir nüsxəsi də Səudiyyə Ərəbistanı İnsan Haqqları Cəmiyyətinin rəisi M. Qəhtaniyə göndərilib.

Xatırladaq ki, hələ də padşahlıq hökm sürən Səudiyyə Ərəbistanında rejimə etiraz edənlər vəhşicəsinə susdurulur və zindanlara salınaraq işgəncələrə məruz qalır.
Comment