0
Monday 24 September 2012 - 14:06

ABŞ Dövlət Departamenti CNN-i kəskin tənqid etdi

Story Code : 198216
ABŞ Dövlət Departamenti CNN-i kəskin tənqid etdi
ABŞ Dövlət Departamenti Amerikanın CNN xəbər şəbəkəsini kəskin tənqid edib. Səbəbi isə kanalın Liviyada öldürülən amerikalı səfirin gündəliyindən yazıları istifadə etməsidi.

Qurumun rəsmi nümayəndəsi «CNN-nin son dərəcə müdhiş hərəkət» etdiyini bildirib.

Qeyd edək ki, kanalın bir verilişində ailə üzvlərinin etirazına baxmayaraq həlak olmuş səfirin şəxsi qeydləri yayımlanmışdı.

Güundəlik ABŞ-ın Benqazidəki konsulluğunda jurnalistlər tərəfindən tapılmışdı.

CNN əməkdaşları bildirirlər ki, Liviyada baş verənlərdən narahatdırlar və özlərini təhlükədə hiss edirlər.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Liviyadakı konsulluğuna hücum zamanı diplomatik missiyanın 4 əməkdaşı, o cümlədən səfir Kristofer Stivens həlak olmuşdu.



faktxeber
Comment