0
Tuesday 25 September 2012 - 12:27

İran yeni raketini sınaqdan keçirdi

Story Code : 198468
İran yeni raketini sınaqdan keçirdi
İran İslam İnqilabını Mühafizə Korpusunun yaydığı kommyunikedə yeni "Raad" tipli raketin uğurla sınaqdan keçirildiyi bildirilir.

Yeni raket 50 km uzaqlıqda və 22 km hündürlükdə bütün obyektləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

İnqilab mühafizlərinin komandanı Əmir Əli Hacızadənin dediyinə görə bu raketlər ABŞ hərbi hava qüvvələrinə qarşı xüsusi hazırlanmış raketlərdir. ABŞ-ın 20-22 km hündürlküdən uçan ağır bombardımançı təyyarələrini belə vurmaq iqtidarındadır.

General Hacızadə həmçinin qeyd edib ki, əgər İran kəşfiyyatı İsrailin hücumu barədə məlumatları əvvəlcədən əldə edərsə, İsrailə xəbərdarlıq zərbəsi o saat endiriləcək. /XezerXeber/
Comment