0
Monday 1 October 2012 - 14:24

Avropa Birliyi dağılır?

Story Code : 200043
Avropa Birliyi dağılır?
Avropa Birliyi təşkilatı avropalılar arasında etibardan düşüb. Birliyə üzv ölkələrdə maliyyə böhranının bir-birinə siraət etməsi qurumun nüfuzdan düşməsinə səbəb olub. Avropalılar artıq öz ölkələrini maliyyə böhranından xilas olmaları üçün çıxış yolunu Avropa Birliyini tərk etməkdə görür.

Qeyd edək ki, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə yerli əhali Avropa Birliyinin ləğv edilməsini və ölkələrin müstəqil siyasət yürütməsini istəyir.

Məlumat üçün bildirək ki, Avropa Birliyi və ya Avropa İttifaqı - 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.

Avropa Birliyinin əsas fəaliyyət prinsiplərini tətqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:

1. Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu;
2. Avropa Birliyi institutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;
3. Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar, qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.);
4. Birlik qərarlarının üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərərarası müqavilələrlə təsdiqlənir);
5. İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.faktxeber
Comment