0
Tuesday 2 October 2012 - 07:35

Məhəmmədrza Rəhimi Türkiyəyə səfər edəcək

Story Code : 200195
Məhəmmədrza Rəhimi Türkiyəyə səfər edəcək
APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər oktyabrın 4-də baş tutacaq. M. Rəhiminin Türkiyəyə ikigünlük rəsmi səfəri bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsidir. Bununla bağlı İranla Türkiyə arasında bəzi sənədlər də imzalanacaq.
Comment