0
Wednesday 3 October 2012 - 13:21

“ABŞ Suriyaya hücum etməyəcək”

Story Code : 200547
“ABŞ Suriyaya hücum etməyəcək”
ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bir bəyanatla çıxış edib.

“Biz Suriyadakı münaqişədə iştiraka yalnız müxalifətə yardım etmək nöqteyi-nəzərindən baxırıq. Biz yalnız qeyri-hərbi yardımdan, təlimdən, rejimin nəzarətindən azad olunmuş bölgələrdə idarəetməni bərpa etmək istəyən suriyalılara kömək etməkdən danışırıq”, deyə Nuland iddia edib. /Publika/
Comment