0
Thursday 4 October 2012 - 12:23

Türkiyənin çirkin oyunu

Story Code : 200803
Türkiyənin çirkin oyunu
Öncə də xəbər verdiyimiz kimi Türkiyə dövləti Suriya sərhəddindən topla atəş açılması nəticəsində Şanlıurfa vilayətinin Akçakale bölgəsində 5 nəfərin həlak olduğunu xəbər vermişdi. Bu məlumatdan dərhal sonra Türkiyə ordusu Suriya ərazisini atəşə tutub. Xəbərlərdə polis məntəqəsinin belə Türkiyə tərəfindən hədəfə alındığı bildirilir. Maraqlısı isə budur ki, Türkiyə dövləti dəfələrlə bildirib ki, Suriyanın sərhəd məntəqələrinə nəzarət silahlı müxaliflərin əlindədir. Uyğun açıqlamalardan sonra Suriya sərhəd məntəqəsindən Türkiyə ərazisinə atılan top mərmisinin Suriya dövlətinin ayağına yazılması olduqca gülüncdür. Nəzərinizə çatdıraq ki, Türkiyə kanallarının birində çıxış edən ekspert deyib: "Məlum məsələdir ki, Türkiyə Suriyaya hərbi müdaxilə etməlidirsə, Suriya ərazisindən Türkiyə torpaqlarına top da atılmalıdır." Bu isə uyğun hadisənin Suriyadakı terroristlərlə Türkiyə dövləti arasında razılaşdırılaraq həyata keçirildiyi şübhəsini daha da artırır.

Nəzərinizə çatdıraq ki, İsrail hərbiçiləri tərəfindən “Mavi Mərmərə”yə edilmiş basqın zamanı 9 günahsız türk vətəndaşı vəhşicəsinə qətlə yetirilmişdi. Hətta bu olay lentə belə alınmışdı. Amma bu gün Suriyaya heç bir dəlilsiz hücum edən Ərdoğan o zaman İsrailə qarşı heç bir addım atmadı!
Comment