0
Sunday 7 October 2012 - 09:54

Rusiya ABŞ pilotsuzlarının Pakistan torpaqlarına təcavüzünü pislədi

Story Code : 201527
Rusiya ABŞ pilotsuzlarının Pakistan torpaqlarına təcavüzünü pislədi
"IslamTimes" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Həna Rəbbani ilə görüş zamanı ABŞ pilotsuzlarının Pakistan torpaqlarında əməliyyat keçirməsinə işarə edərək deyib: "Heç bir ölkənin digər ölkənin suverenliyi və ərazi bütövlüyünü pozmağa haqqı yoxdur. Biz uyğun mövzuda Pakistanın mövqeyini tam şəkildə dəstəkləyirik."

Sergey Lavrov Rusiya prezidentinin Pakistana səfərinin təxirə düşməsindən sonra İslamabada yollanıb.

Həna Rəbbani öz növbəsində ABŞ pilotsuzlarının Pakistan torpaqlarına terrorçu hücumunu tənqid edərək deyib: "Bu hücumlar ölkəmizə ciddi ziyan vurmasından əlavə qeyri-hüquqi bir işdir!"

Nəzərinizə çatdıraq ki, ABŞ ara-sıra Pakistan ərazilərinə hücum edərək terroristlərlə mübarizə bəhanəsi ilə bu məntəqəni bombalayır. Uyğun hücumlar nəticəsində bu günədək onlarla körpə və qadın qətlə yetirilib.
Comment