0
Sunday 7 October 2012 - 22:27

Fitnə festivalı

Story Code : 201721
Fitnə festivalı
Fitnə festivalı
Islam times.org/az/ - Hicab qadağası təzə tətbiq olunan vaxtlar idi, hər tərəfdə müzakirələr gedirdi, Hüseyniyyənin həyətində bir neçə nəfər arasında da müzakirə aparılırdı, avam müsəlmanlardan biri portalımızın eksperti hacı Nəcəfə üzünü tutub dedi ki, hacı, ancaq əvvəlki zəmanə deyil, indi möminlərin də sayı artıb, etiraz etmək üçün gör nə qədər adam var, mağazalarda alkoqol satışı azalıb çünki alkoqol içənlər azalıb.

Hacı bu adama cavabında bildirdi ki, sən, kiminlə üz üzə olduğuvu, düşmənivi də tanıyırsan ya o sənin üçün maraqlı deyil ? Onun imkanlarına və xasiyyətinə bələdsən ?

Bu gün hicabı qadağan elədirlər, bax gör sabah alkoqolun xalq
n boğazına elə ustalıqla tökəcəklər ki, bu fitnə də az qala hər kəs günahı Allahın özündə axtaracaq (əstəğfrüllah) bu ifadələri işlədən zaman hacı çox qəzəbli idi.

Hicab qadağasını cəmiyyət həzm etdi, indi də növbə alkoqolundu desəm yalan olmaz. Oktyabrın 6, yəni qanlı cümədən bir gün sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə I Azərbaycan Beynəlxalq şərab festivalı keçirilib (http://www.youtube.com/watch?v=PZvLDWQig1s&feature=player_embedded).

İmamzadə torpağı olan Gəncənin küçə və meydanlarında stollar düzülüb, stolların üstündə cür
bə cürə şərablar pulsuz olaraq küçə və meydanlarda olan minlərlə adamlara təqdim edilir.

Cavan azərbaycanlı qızlarımız yerli və xarici qonaqlara şərabı qədəhlərə süzüb dequstasiya üçün təqdim edir. Əlbəttə bu gənc qızlar hələ nəyin baş verdiyini anlamır, onlara göstərdikləri xidmət qarşılığında qəpik quruş verib bu fitnəyə cəlb edirlər.

Mən kənd təsərrüfatının inkişafını istəyən adamam, ancaq bu inkişaf üçün yeganə yol deyil axı. Lap tutalım Gəncə ətrafı rayonlarda şərab istehsalı var, bunun üçün mütləq deyil ki, belə bir fitnəkar festival keçirilsin, ya keçirilirsə qoy elə xarici bir ölkədə keçirilsin, onsuz da rejim belə şeylərdə mahirdir.

Onda bu festivalın məqsədi fitnədən başqa bir şey deyil. Şərab festivalını bu qədər təmtəraqla keçirilməsinin nə adı var axı ? Stolun üstündə şərəb təkcə qədəhlərdə yox həm də gülabzənlərdə qoyulub. Nizami Gəncəvinin portretinin qabağında cürəbə cürə şərabları yerləşdirmək bu festivalın nəyinə xidmət edir ?

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment