0
Monday 8 October 2012 - 13:42

Qərb Suriya və Türkiyədən qurtulmaq ardıncadır

Story Code : 201892
Qərb Suriya və Türkiyədən qurtulmaq ardıncadır
"IslamTimes" xəbər verir ki, "Dignity, Human Rights & Peace Organization"-ın üzvü Doktor Randy Short "PressTV" ilə müsahibəsi zamanı deyib: "Əgər Ərdoğan Obama və Kameronun hiylələrinə uyaraq, bir qonşunun məhvi ilə böyük rəhbərə çevrilə biləcəyinə inansa və Suriya ilə müharibəyə başlasa öz ölkəsini viran qoymuş olacaq."

Randy Short Suriya ilə müharibənin iki ciddi problem yaradacağı barədə xəbərdarlıq edib: "Müharibə planı gerçəkləşəcəyi təqdirdə Qərb Suriyanı məhv etməklə yanaşı, Türkiyə daxilində münaqişə yaratmaqla türklərdən də qurtulmuş olacaq. Qərb bu hiylə ilə Türkiyənin Avropada söz sahibi olmasını imkansız edəcək."

Doktor Randy Short son günlər Suriya-Türkiyə arasında yaşanan gərginliklərdə əsas məqsədin Türkiyənin məhvi olduğunu dilə gətirib. O bildirib ki, bütün planlar Türkiyənin öz müsəlman qonşuları ilə birlikdə böyük qüdrətə çevrilməməsi üçündür.

Nəzərinizə çatdıraq ki, 4 oktyabr tarixində Türkiyə parlamenti lazım gəldiyi zaman ordunun ölkədən xaricdə hərbi əməliyyatlar keçirməsinə icazə verib. Bu qərardan sonra həm bir çox parlament üzvü həm də qəzəbli xalq dövlətə kəskin etirazını bildirib. Əhali ilə polis arasında şiddətli qarşıdurmalar yaşanıb.
Comment