0
Tuesday 9 October 2012 - 08:31

Romni İsrailin dəstəyi ardınca

Story Code : 202078
Romni İsrailin dəstəyi ardınca
"Putinə heç bir güzəşt olmayacaq, İrana qarşı daha sərt sanskiyalar tətbiq edəcəm"
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Mitt Romni deyib ki, Barak Obamanın liderliyi vaxtı Yaxın Şərqdə münaqişə riski artıb. Virginia Hərbi İnstitutunda çıxış edən Romni deyib ki, prezident olsa İrana qarşı daha sərt sanskiyalar tətbiq edəcək: “Mən İran rəhbərliyinə xəbərdarlıq edəcəm ki, ABŞ İranın nüvə silahı düzəltməsinin qabağını alacaq və tərəddüd etmədən İrana yeni sanksiyalar tətbiq edəcəm və indiki sanskiyaları sərtləşdirəcəm”.

Romni əlavə edib ki, o, raketlərdən müdafiə sistemi məsələsində Rusiya ilə danışqlarda güzəştə getməyəcək: “Mən effektiv raketlərdən müdafiə sistemi tətbiq edəcəm və Rusiya prezidenti Putinə heç bir güzəşt olmayacaq”. /AzNews.az/
Comment