0
Tuesday 9 October 2012 - 08:37

İran Türkiyəyəni Suriyanı bombalamaqdan əl çəkməyə çağırıb

Story Code : 202079
İran Türkiyəyəni Suriyanı bombalamaqdan əl çəkməyə çağırıb
İranın Xarici İşlər Nazirliyi son günlər Suriya ilə Türkiyə arasında yaşanan gərgin münasibətlərə etiraz edərək rəsmi Ankaraya xəbərdarlıq edib. Türk mətbuatının verdiyi məlumata görə, nazir müavini Əmir Abdullah İranın regionda baş verən hadisələrdən narahat olduğunu bəyan edərək Türkiyə və Suriyanı münaqişədən yayınmağa çağırıb. XİN rəsmisi qeyd edib ki, hər iki ölkə aralarında yaranan gərginliyi sülh yolu ilə həll etməyə çalışmalıdır. İranlı nazir Türkiyəyə xəbərdarlıq edərək Suriyanı bombalamaqdan əl çəkməyə çağırıb. /HaqqYolu/
Comment