0
Wednesday 10 February 2010 - 17:56

SIONISTLƏRIN ELXAN POLUXOV “KARTI”

Story Code : 20221
SIONISTLƏRIN ELXAN POLUXOV “KARTI”
Məlumatın israil xarici işlər naziri, radikal ifratçı sionist Libermanın Azərbaycana səfəri ilə eyni vaxtda verilməsi bəzi şübhələr doğurur.

Mossada bağlı sayt bu xəbəri yaymaqla, sanki kimlərəsə mesaj vermək istəyib.

Bununla bağlı AİP-in sabiq sədri, müstəqil politoloq Hacı Hacıağa Nuridən münasibət öyrəndik.

O əvvəllər də bu məlumatın bəzi KİV-də verildiyini bildirərək deyib: "Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov İsrail rejiminin səfirliyinin əməkdaşı olub. İslam dünyasında nüfuzu olmayan, terrorçu bir rejimin səfirliyində işləmiş şəxsin Azərbaycan XİN-nin mətbuat katibi vəzifəsində çalışması müəmmalar yaradır. Əlbəttə ki, XİN çox diqqətli olmalıdır. Çünki hazırda bir çox Avropa ölkələrinə bəzi sionist dövlət məmurlarının səfərinə qadağa qoyulması, onların cinayətlərinin dünyada sübutu bu rejimin həqiqətən də cinayətkar olmasından irəli gəlir. İndi belə bir rejimin səfirliyində çalışmış şəxsin bu posta gətirilməsi XİN-nə kölgə salır. Həmçinin bu Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurur. İsrail rejiminin Azərbaycanı bu kimi yollarla özünə yaxın göstərmək istəkləri Azərbaycanı İslam dünyasının müdafiəsindən məhrum etmək və ancaq İsraildən asılı vəziyyətə salmaq niyyəti güdür. Bu cür addımlarla İsrail Azərbaycanı İslam dünyasından təcrid etmək istəyir".

"Birlik" təşkilatının sədri Hacı Namiq Babaxanın bu mövzuya münasibəti isə belə oldu: "Libermanın səfəri təcrid olmuş İsrail rejiminin müttəfiq axtarışı və bəzi ölkələrə, o cümlədən İran və Türkiyəyə mesajdır. Azərbaycanın İsrailə türkdilli ölkələr içində Türkiyədən sonra ən yaxın olmasından istifadə edən İsrail rejimi Türkiyəyə onların əvəz edilə biləcəklərini sübut etmək üçün bu addımları atırlar. Viza rejiminin ləğv edilməsi müzakirələri də İrana, həmçinin Türkiyə müqabilində edilir. Bəyəm İsrailə Azərbaycandan nə qədər gedən var ki, viza rejimi də ləğv edilsin? İranla viza rejiminin ləğv edilməsini başa düşmək olar. Çünki çox sayda soydaşımız İrana istər müalicə, istər ziyarət, istərsə də ticarət məqsədilə gedirlər. İsrailə gedib-gəlmək isə məntiqsizlikdir və İsrail bunu İran və Türkiyəyə mesaj olaraq həyata keçirmək istəyir".

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat katibi Hacı Ramin Bayramov bu məsələni belə şərh etdi: "İsrail xüsusi xidmət orqanlarının nəzarətində olan saytlar adətən İran, Türkiyə ilə Azərbaycanın arasını vurmağa cəhd edirlər. Bu cür saytlardan biri də İzrus portalıdır. İzrus portalının alexa reytinqinə baxdıqda bu resursun Azərbaycandan daha çox izləndiyinin şahidi olarıq. Bunu nəzərə alan İzrus portalı dəfələrlə Azərbaycanla bağlı təhrif edilmiş xəbərləri yaymaqla, təxribatla məşğuldur. İzrus İslam-Azeri.az internet qəzetinin İsrailin keçmiş səfirini cəsus adlandırmasından sonra bu saytla bağlı xəbəri manşetə çıxarmış, bir növ Azərbaycandakı dövlət məmularına bu saytla bağlı tədbir görülməsinin zəruriliyi haqda mesaj vermişdi. İsrailin Mossad kəşfiyyat idarəsinə məxsus Debka saytı bir dəfə Azərbaycanda Hacı İlqar İbrahimoğlunun Sumqayıtda yəhudilərə təzyiqrlərlə bağlı fətva verdiyini və bundan sonra onlarla yəhudinin xəstəxanaya düşdüyünü önə çəkmişdi. Bu xəbər əlbəttə ki, böhtan və tam yalan idi. Bunu yaymaqda İsrail kəşfiyyatının məqsədi nə idi? İsrail kəşfiyyatı yaxşı bilir ki, Azərbaycanda çox güclü İslami Təşkilatlar mövcuddur. “Güclü” dedikdə heç də Qərbin anladığı “güc”dən, yəni maddi imkanlardan söhbət getmir. Azərbaycanın İslami Təşkilatlarının əksəriyyəti sırf mənəvi, dini və milli dəyərlərə söykənərək fəaliyyət göstərirlər. İsrail həmçinin çox gözəl anlayır ki, Azərbaycanın tamamilə sionistlərin cənginə keçməsinə maneə olan yeganə qüvvə də məhs sözügedən təşkilatlardır. Amma etiraf etmək lazımdır ki, sionistlər bu mənfur siyasətlərində zaman-zaman müəyyən uğurlara imza atıblar. Bu baxımdan sionist rejimin prezidenti Şimon Peresin və xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfərlərini qeyd etmək olar. Və Xarici İşlər Nazirliyinin mətbuat katibi postunda çalışan Elxan Poluxovun da yaxın keçmişdə İsrail səfirliyində məsul şəxs kimi fəaliyyət göstərməsinin İsrail mətbuatında geniş işıqlandırılması sionistlərin Azərbaycan xalqına, eləcə də Türkiyə və İrana özünəməxsus mesajı və xəbərdarlığıdır. İsrail mətbuatında gedən sifariş xarakterli yazılar sionist rejimin Qafqazda, xüsusən də Azərbaycanda böyük maraqlarından xəbər verir. İsrail kəşfiyyatına bağlı olan mətbuatın bu tip yazıları, Rusiya, İran və Türkiyənin aparıcı qüvvə olduqları regiona ciddi cəhdlə soxulmaq istəyən İsrailin bütün vasitələrdən istifadə etməyə hazırlığından xəbər verir. Gələcəkdə də daha təkmil və düşünülmüş siyasi addımlar və manevrlərin gündəmə gələcəyi istisna edilmir”.
Source : İslam-Azeri.az
Comment