0
Wednesday 10 October 2012 - 07:05

"Ərdoğan hesab verəcək"

Story Code : 202379
"Ərdoğan hesab verəcək"
Xarici ölkə əsgərlərini Türkiyə ərazisinə yerləşdirməyin hesabını verəcəksiniz.

Bunu ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu deyib.

O, partiyasının fraksiya iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə səslənərək deyib: “Siz elə bir parlament təsəvvür edə bilirsinizmi qərar qəbul etmədən xarici ölkənin əsgərlərini Türkiyə ərazisində yerləşdirsin. Cəmil Çiçəyə səslənirəm, Azad Suriya Ordusu hansı qərarla torpaqlarımıza yerləşdirilib? Məclis sədrinin kreslosu, prezident kreslosu gözəl ola bilər. Amma unutmamaq lazımdır bu ölkənin konstitusiyası var. Xarici bir ölkənin əsgərləri qərar qəbul etmədən Türkiyə ərazisində yerləşdirilə bilməz. Bunun adı vətənə xəyanətdir. Hesabını verəcəksiniz.

Əgər bizim millət vəkilləri Apaydın düşərgəsinə getməsəydi, orada Azad Suriya Ordusunun yerləşdirildiyindən xəbərimiz olmayacaqdı. Hörmətli Cəmil Çiçəkdən bir də soruşuram. TBMM millət vəkilinin Türkiyə ərazisində girə bilmədiyi düşərgənin hesabını kim verəcək. Bunun da hesabını verəcəksən”. /XezerXeber/
Comment