0
Saturday 13 October 2012 - 16:28

Binəqədi rayon Elektirik Qovşağının rəhbərliyi qaçqınlara qənim kəsib

Story Code : 203217
Binəqədi rayon Elektirik Qovşağının rəhbərliyi  qaçqınlara qənim kəsib
Binəqədi rayon Elektirik Qovşağının rəhbərliyi qaçqınlara qənim kəsib
Islam times.org/az/ - Azərbycan respubilikası ilə keçmiş Azərbaycan SSRİ məkanını bir çox sahədə müqayisə etmək istədikdə çox qabarıq fərqlər əldə etmək mümükündür. Müasir Azərbaycanda keçmiş sovetlər dövrünü o qədər tənqid ediblər ki, insan bir anlıq o dövrü qaranlıq bir daş erasına bənzətmək zorunda qalır.

Sovetlər zamanında baş alıb gedən haqsızlıq və ədalətsizlik, məmur özbaşınalığı, əhalinin sosial durumundakı problemlərin pik həddinə çatması və bilmirəm daha nələr və nələr.


Mövcud hakimiyyətin təbliğat mexanizmi yükünü öz öhdəsinə götürmüş ölkənin birinci telekanalı AzTV ekranlarında bu yönlü verilişlərə tez -tez rast gəlmək olar.

Yeni azərbaycanlı gənclər arasında da bu fikir formalaşıb ki, ata- babalarımız necə bir dövrü arxada qoyaraq böyük çətinliklərdən sonra müstəqil və işıqlı Azərbaycan Respublikasını ərsəyə gətirməyə nail olublar.

Bu günkü yazımızda keçmiş SSRİ məkanını tərifləyib, totalitar rejimin idarəçiliyinə haqq qazandırmaq deyil. Əlbəttə ki, bizə də sovetlərin necə bir rejim olduğu tam təfsilatı ilə aydındır. Bizə məlumdur ki, əsası ateizm prinsipləri ilə qurulan bir imperiya sonunda süquta uğramalıdır.

O rejimin bədənində can olan dövrlərdə millətlərin milli mentaliteti, dini, irsi dəyərləri öz son nəfəs dövrünü yaşayırdı. Biz ata-babalarımıza bizi elə bir mənfur rejimdən xilas etdikləri üçün minnətdar olmalıyıq. Lakin bu o demək deyil ki, sovetlər zamanında əhalinin sosial durumu təbliğ edildiyi kimi bərbad vəziyyətdə idi.
Ən azından işsizliyin yox dərəcəsində olması ictimai problemləri ört basdır edirdi.

O dövrün təhsil, tibb, texniki elmlər sahəsində inkişafı keçmiş sovetləri dünyanın ən böyük ölkələrindən birinə çevirmişdi.
Bu tip inkişaf sahələrindən biri də keçmiş SSRİ-nin elektrik enerjisi sahəsində əldə etdiyi uğurlardır. Məsələn, Azərbaycan SSRİ-nin ən ucqar rayon və kəndlərinin heç birində elektrik enerjisinin fasilələrlə verilməsi halına rast gəlmək olmazdı.

Kəndləri küçələri belə elektrik dirəklərindəki lampalar işıqlandırırdı.
Çox da uzaq olmayan tarixə nəzər saldıqda Azərbaycan elektrik enerjisi tarixi 1970-ci illərə dayanmaqdadır. Xüsusəndə keçmiş Azərbaycan SSRİ 1970-1980 cı illərdə bu sahədə xeyli inkişaf etmiş bir neçə yeni layihələrə imza atmışdır.

1972-ci ildə 2 saylı Sumqayıt istilik enerjisi mərkəzi gücünün artırılması planlaşdırılmış və 1972-ci ildə layihə həyata keçmişdir. Bu kimi nümunəvi misalları yüzlərlə bəlkə də minlərlə çəkmək olar.

Lakin YAP təbliağatçılarının respublikada apardıqları həqiqətə uyğun olmayan təbliğata görə isə sovetlər birliyinin süqutundan sonra hər bir sahədə olduğu kimi elektrik enerjisi sahəsində də uğurlu inkişaflar olmuşdur. Bu dırnaqarası inkişafa əsas səbəb kimi xarici investrlərin Azərbaycan elektrik enerjisi sahəsinə yatırımları və Azərbaycan enerji sisteminin mövcud potensiyasının artırılması, elektrik enerjisi siteminin yenidən qurulmasını əsas səbəb kimi nümayiş etdirirlər.

Heydər Əliyevin hakimiyyətə gəlişindən iki il sonra yəni 1995-ci ildə Azərbaycanın 17 milyard kv saat elektrik enerjisini istehsal etdiyi elan olundu. Bu da istehsalın 97 faizi demək idi. Qalan 13 faizi isə enerji idxalı sayəsində əldə edilirdi. Bu rəqəmlər o demək idi ki, Azərbaycanda elektrik enerjisi 100 fazi təmin olunur və nəinki şəhər, hətta ucqar rayon və kəndlərdə işıqlar sönmür. Bu azmış kimi ölkədə “Enerji haqqında”, “Enerji qaynaqlarının istifadəsi haqqında” “Elektrik enerjisi haqqında” adlı qanunlar da qəbul etməyə başladılar.

Bütün millət mat və məəttəl qalmışdı ki, Milli Məclis hansı enerjinin haqqında qanunlar qəbul edir. Əlbəttə ki, bu kimi hallar özünü dünyaya göstərmək xarakteri daşıyırdı.

Artıq o dövrdən 17 il keçmişdir. Azərbaycan uğurlu inkişaf barədə yenə də özünü göstərmək ənənəsinə sadiq qalaraq eyni kino lentini fırladır. Bu gün nəinki rayon və kəndlərdə hətta paytaxt Bakıda belə elektrik enerjisinin paylanmasında fasilələr yaranmaqdadır. Buna misal olaraq Bakı şəhər Binəqədi rayonunu göstərmək olar. Binəqədi rayonu paytaxtın mərkəz hissəsindən xeyli ərazini əhatə etməkdədir. Bu rayonun özəlliyindən biri də budur ki, ikinci Qarabağ savaşı nəticəsində öz ata- baba yurdlarından didərgin düşmüş qaçqınlar bu rayonda daha çox məskunlaşdırılmışdır.

Rayonun Ayna Sultanova heykəlinin ətrafında qaçqın və köçkünlərin məskunlaşdığı yataqxanalar günlərlə elektirik enerjisiz keçinirlər. Yurdlarından didərgin düşmüş bu sakinlər mövcud problemin həll olunması üçün dəfələrlə Binəqədi rayon Elektrik Enerjisi Qovşağının rəhbərliyinə müraciət etsələr də heç bir müsbət reaksiya əldə edə bilməmişlər.

Qarşıdan gələn soyuq qış aylarını artıq neçə illərdir ki, elektriksiz keçirməyə məhkum olunmuş qaçıqınlar bu yaxınlarda etiraz olaraq bir sıra vasitələrə əl atır, işıq problemi öz həllini tapmayana qədər etirazlarını davam etdirəcəkləri iddiasındadırlar.

Mətbuat olaraq torpaqlarından qaçaq düşmüş, şəhid vermiş köçkünlərimizin bu problemini nəşr etməklə az da olsa öz borcumuzu yerinə yetirmiş oluruq. Lakin bu problemin həlli biz media nümayəndələrin əlində olmadığından müraciət edən şikayətçilərdən üzr estəyirik.

Qoy Binəqədi rayon İcra Hakimiyyəti və rayon Elektrik Enerjisi Qovşağının rəhbəliyi bilsin ki, bu insanlar öz yurd yuvalarından didərgin olublarsa da Azərbaycanın hər addım torpaqları onların vətəni sayılır. Onlar onsuz da vətənlərində sahibsiz kimi yaşamaqdadırlar. Təkcə bu elektrik problemləri deyil, digər sahələrdə də onlar rifah halında yaşamırlar.

Binəqədi rayon Elektrik Enerjisi Qovşağının rəhbərliyinin nəzərinə çatdırırq ki, qəbul etdiyiniz qanunların tələblərində deyilir ki, Elektrik Enerjisi Qovşağının vəzifəsi rayonu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyədə xidmət göstərməkdir. Şikayətçi qaçqınlar isə yüksək səviyyədə deyil insaniyyət naminə orta səviyyədə xidmətlə də kifayətlənərlər. Yetər ki, onlara kiçik bir diqqət olsun.

İSLAMTİMES - ZƏHRA
Source : İslamtimes
Comment