0
Monday 15 October 2012 - 14:13

Peyğəmbəri təhqir edən filmə qarşı etiraz aksiyası

Story Code : 203758
Peyğəmbəri təhqir edən filmə qarşı etiraz aksiyası
İngiltərənin paytaxtı Londonda Məhəmməd Peyğəmbəri təhqir edən anti-İslam xarakterli "Müsəlmanların Məsumiyyəti" filminə qarşı etiraz aksiyası keçirilib. "Google" axtarış portalının binası qarşısında baş tutan aksiyaya minlərlə müsəlman qatılıb. Aksiya iştrakçıları "Google" şirkətinin filmə qadağa qoymasını tələb ediblər. "Peyğəmbərimiz namusumuzdur" şuarları ilə çıxış edən etirazçılar müsəlamnalara qarşı təzyiqlərə son qoyulmasını istəyiblər.

"Youtube" videoportalında yayımlanan film peyğəmbərimizə qarşı böyük hörmətsizlikdir. "Google" şirkəti dünyaya yaxşılıq bəxş etdiyini iddia edir, biz də bu şirkətdən belə bir yaxşılıq görmək istəyirik. Filmin yayımı birmənalı olaraq dayandırılmalıdır. Peyğəmbərimiz dünyaya xoşbəxtlik, həqiqət və əxlaq gətirib. O, bu təhqirə layiq deyil. Bu film müsəlmanları filmlə alçaldılır. Biz çox qəzəbliyik, lakin qəzəbimizi dinc şəkildə etiraz aksiyaları ilə ifadə etmək istəyrik", - deyə etirazçılardan biri sözlərini ifadə edib.

Təhlükəsizlik qüvvələrinin nəzarəti altında baş tutan aksiya dinc şəkildə sona çatıb. /anspress/
Comment