0
Tuesday 16 October 2012 - 23:11

İran yeni qanadlı raket istehsal etdi

Story Code : 204157
İran yeni qanadlı raket istehsal etdi
İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərahi yeni "Qədir" raketlərinin hazırlandığını, bu yaxınlarda onun sınağının keçiriləcəyini və ictimaiyyətin bu yeni silahla tanış ediləcəyini bildirib.

"Bizim "Zəfər", "Nəsr", "Nur" , "Qədər" raketlərimiz və yeni qanadlı raketimiz "Qədir" gəmilərdən istənilən hədəflərə buraxılaraq onları yüksək dəqiqlilklə vura bilirlər.

Qeyd edək ki, bu yaxınlarda İran ordusunun ixtiyarına yeni və tam yerli istehsal olan pilotsuz təyyarələr verilib. İran pilotsuz təyyarələrinin havadan kəşfiyyat aparmaqdan əlavə, yerüstü hədəfləri məhv etmək imkanları da var.
Source : XezerXeber
Comment