0
Wednesday 17 October 2012 - 09:38

Yaponiyada iki ABŞ hərbiçisi həbs edildi

Story Code : 204228
Yaponiyada iki ABŞ hərbiçisi həbs edildi
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, bu iki hərbiçinin həbs edilməsi elə bir halda baş verir ki, yaponiyalılar Okinava adasında ABŞ-a məxsus 12 "Osprey" yük təyyarəsinin yerləşdirilməsinə etirazları davam etdirir.

Həbs edilən ABŞ hərbiçilərindən biri ona qarşı yönəlmiş ittihamı qəbul edib. Digər hərbiçi isə cinsi təcavüzdə iştirak etdiyini inkar edir.

Bu hadisə ABŞ hərbiçilərinin Yaponiyadakı ilk rüsvayçılığı deyil. Belə ki, 1995-ci ildə də yeniyetmə bir qız uyğun məntəqədə ABŞ hərbiçilərinin təcavüzünə uğrayıb. Həmin dönəmdə Yaponiya əhalisinin uyğun hadisəyə sərt etirazları Tokio və Vaşinqtonu Okinavadakı ABŞ hərbiçilərinin sayını azaltmağa vadar etmişdi. Bununla belə hazırda Yaponiyada 47 min ABŞ hərbiçisi var.
Comment