0
Friday 19 October 2012 - 14:04

Əliyevin çətin günləri

Story Code : 204782
Əliyevin çətin günləri
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatı təqdim etməmişdən öncə xatırladaq ki, “Azadlıq”ın ötən saylarında Ramiz Mehdiyevin Avropa ölkələrindən birinə getdiyi barədə məlumat dərc etmişdik.
Həmin məlumatda deyilirdi ki, PA rəhbəri səhhətində yaranmış problemlərlə əlaqədar olaraq Azərbaycanı tərk edib. Bəzi məlumatlara görə, Ramiz Mehdiyev Almaniyada müalicə olunur. PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azadlıq”ın məlumatını təsdiqləmişdi. “Burada qeyri-adi nə var ki? Ramiz Mehdiyev Avropa ölkələrindən birinə gedə bilməzmi?

Ramiz Mehdiyev qısamüddətli məzuniyyətdədir. Hansı ölkəyə, niyə gedib, bu, artıq onun öz şəxsi işidir", - deyə Əli Həsənov bildirmişdi.

Yeni məlumatlarda isə deyilir ki, Ramiz Mehdiyev Avropadan Amerikaya aparılıb. PA rəhbərinin səhhətində ciddi problem yarandığı və uzun müddətli müalicəyə ehtiyac olduğu deyilir. Bu baxımdan PA rəhbəri hələ bir müddət ölkəyə qayıda bilməyəcək.
Məlumatla bağlı PA-nın da mövqeyini öyrənməyə çalışdıq, lakin cəhdlərimiz baş tutİadı.
Comment