0
Saturday 20 October 2012 - 21:35

İsrail Livana hücum edəcəyi təqdirdə gözlənilməz nəticələr ilə qarşılaşacaq

Yaxın gələcəkdə İsraili daha çox surprizlər gözləyir.
Story Code : 205144
İsrail Livana hücum edəcəyi təqdirdə gözlənilməz nəticələr ilə qarşılaşacaq
İsrail Livana hücum edəcəyi təqdirdə gözlənilməz nəticələr ilə qarşılaşacaq
Islam times.org/az/ - Cümə günü Roknabadi deyib: “Hizbullahın Baş Katibi Seyyid Həsən Nəsrullah həmişə çıxışlarında deyib ki, əgər Sionist İsrail səhv edərək Livana hücum edərsə aqibətləri pis olacaq.”

O əlavə edərək deyib ki, Hizbullahın İsrailin həssas və mühüm zonaları üzərində 30 dəqiqə müddətində pilotsuz təyyarəni uçurtması Nəsrullahın dediklərinin tək şüar olmadığını sübut etdi.

Hizbullah baş katibi vurğulayaraq bildirib ki, hələ yaxın gələcəkdə İsraili daha çox surprizlər gözləyir.

Bu yaxınlarda Hizbullah İran istehsalı olan radara düşməyən pilotsuz təyyarəni İsrail hava məkanında uçurtmuşdur.

11 Oktyabrda televiziya ilə çıxış edən Nəsrullah deyib ki, kod adı Hüseyn Əyyub olan əməliyyat nəticəsində pilotsuz təyyarə İsrail hava ərazisində 100 km məsafədə uçmuş və nüvə sahəsi olan Dimonaya çox yaxınlaşmışdır.

O əlavə edərək demişdir ki, Hizbullah gələcəkdə İsrailə daha çox pilotsuz təyyarələr göndərməyi planlaşdırır və bu əməliyyat müqavimət hərəkatının Livanı müdafiə etməyə hazır olduğunu göstərir.
Source : İslamtimes
Comment