0
Sunday 21 October 2012 - 08:56

İordaniyalılar İsraillə səmimi münasibətlərə etiraz ediblər

Story Code : 205269
İordaniyalılar İsraillə səmimi münasibətlərə etiraz ediblər
"IslamTimes" Ərəb dilli informasiya agentliklərinə istinadən xəbər verir ki, ötən gün İordaniyada irihəcmli etiraz aksiyaları keçirilib. Məscid ətrafında toplaşan nümayişçilər işğalçı İsrailin mühasirədə olan Qəzzə əhalisinə qarşı cinayətlərini pisləyiblər. Onlar İordaniya ilə sionist rejim arasındakı sülh sazişinə son qoyulmasını və İsrail səfirinin ölkədən çıxarılmasını tələb ediblər.

Həmçinin iordaniyalı etirazçılar Ərəb və İslam ölkələrindən Qəzzanın amansız mühasirəsinə son qoyulması üçün ciddi təlaşlar göstərməyi istəyib.

Nümayişçilər Tel-Əviv zindanlarında olan və dözülməz işgəncələrə məruz qalan iordaniyalı və fələstinli məhbusların da azad edilməsini tələb ediblər.

Xatırladaq ki, ötən 20 ay ərzində İordaniyada müxtəlif formalarda 5200-dək etiraz aksiyası keçirilmişdir.
Comment