0
Sunday 21 October 2012 - 14:22

ABŞ silahlarının təsiri nəticəsində İraqlı uşaqların əksəriyyəti qüsurlu doğulur

Story Code : 205374
ABŞ silahlarının təsiri nəticəsində İraqlı uşaqların əksəriyyəti qüsurlu doğulur
ABŞ silahlarının təsiri nəticəsində İraqlı uşaqların əksəriyyəti qüsurlu doğulur
Islam times.org/az/ - Ekoloji Çirkləndirmə və Toksikologiya tərəfindən dərc edilən araşdırmanın nəticəsi göstərir ki, ABŞ-ın İraqda, məxsusən də Fəlluca və Bəsrədə apardığı müharibə nəticəsində doğulan uşaqların əksəriyyəti qüsurlu şəkildə dünyaya gəlir.

Araşdırmanın üzvlərindən biri olan və Miçiqan Universitetinin İctimai Sağlamlıq şöbəsinin ekoloji toksikoloqu olan Mozqan Savabe isfahani deyib ki, bütün bu qüsurlu doğulan uşaqlar aparılan hərbi əməliyyatlar zamanı istifadə edilən bomba və silahların təsiri ilə bu cür dünyaya gəlirlər.

Son araşdırma nəticəsində məlum oldu ki, ABŞ-ın İraqı işğal etdikədən sonra, yəni 2003-cü il ilə müqayisədə 2007 və 2010-cu illər arasında qüsurlu doğulan uşaqların sayı birə on artdı.

Ən çox qeydə alınan qüsurlu döğum Fəllucada olmuşdur. Burada doğulan 26 uşaqdan 24 qüsurlu doğulmuşdur.

Fəlluca sakinlərindən götürülən saç nümunəsi göstərdi ki, onlarda zəhərli metalların elementləri var. Sağlam doğulan uşaqlar ilə müqayisədə qüsurlu uşaqların saçında qurğuşunun səviyyəsi beş dəfə daha çox idi.

ABŞ hərbi qüvvələri 2004-cü ilin aprel ayında birinci Fəllucanı bombarduman etmişdir.

Yeddi ay sonra Amerikalılar şəhəri bir daha bombarduman etdilər. Onlar bombarduman zamanı tükənmiş urandan və ağ fosfor mərmilərindən istifadə etmişdilər və bu da uşaqların xərçəng və qüsurlu doğulmasının əsas səbəbidir.
Source : İslamtimes
Comment