0
Tuesday 23 October 2012 - 00:14

Netanyahudan növbəti həyasızlıq

Story Code : 205800
Netanyahudan növbəti həyasızlıq
Qondarma İsrail rejiminin baş naziri Benyamin Netanyahu dünya ölkələrinin, o cümlədən Avropa Birliyinin onların Qüdsdə apardıqları qanunsuz tikintilərə etirazlarının onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini bəyan edib, - “MigNyus” xəbər verir”

Buna qədər artıq Avropa Birliyinin Xarici əlaqələr və beynəlxalq təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Şərqi Qüdsdə aparılan bu tikintiləri beynəlxalq normalara zidd adlandırmış və onu dayandırmağı tələb etmişdi. Eyni zamanda Fransa XİN, Britaniya XİN, Rusiya XİN, Türkiyə XİN də sionist İsrail rejiminin Qüdsdə 797 qanunsuz yaşayış yerinin inşası iıə bağlı plana kəskin etirazlarını bildirmişdi.

Azğınlaşmış Netanyahu isə onlar üçün bu etirazların heç bir əhəmiyyət kəsb etmədiyini və Fələstindən işğal etdikləri ərazilərin onlara məxsus olduğunu iddia edib. “Biz “paytaxtımızda” (Qüdsdə) tikintilərə hər hansı məhdudiyyətlərin qoyulmasına qarşıyıq. Necə ki, siz London, Paris, Vaşinqton və Moskvada tikintilər aparırsız, biz də bu tikintiləri aparırıq”, - deyə Netanyahu iddia edib. /Deyerler/
Comment