0
Wednesday 24 October 2012 - 15:44

Sanksiyaların artacağı təqdirdə İran neft ixracını dayandıracaq

Story Code : 206319
Sanksiyaların artacağı təqdirdə İran neft ixracını dayandıracaq
Sanksiyaların artacağı təqdirdə İran neft ixracını dayandıracaq
Islam times.org/az/ - O bu açıqlamanı çərşənbə axşamı günü Birləşmiş Ərəb Əmirlikləri, Dubayda keçirilən enerji haqqında konfransda çıxışı zamanı deyib.

Qasimi deyib: “Əgər Qərb bizə qarşı sanksiyaları dava etdirsə, bu zaman biz neftin dünyaya ixracatını dayandıracağıq.


İran neftinin ixracının dayanması isə dünya bazarında neftin qiymətini faciəvi şəkildə artmasına səbəb olacaq.”

O həmçinin İranın gündəlik neft ixracının 2.7 milyon barelə düşməsi haqqında yayılan məlumatları təkzib etmiş və bildirmişdir ki, İran hər günə 4 milyon barel neft ixrac edir.

İranın neft naziri deyib: “Qərb tərəfindən İran neftinin satılmasının qarşısını almaq üçün olunan təziqlərə baxmayaraq İran halhazırda maksimum gücü ilə neft hasilatını davam etdirir.”

ABŞ İranın nüvə enerjisindən hərbi məqsədlər üçün istifadə etdiyini bəhanə gətirərək İrana qarşı qeyri qanuni sanksiyalar tətbiq edir.

İran isə bütün bu ittihamları rədd edərək Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.
Source : İslamtimes
Comment