0
Thursday 25 October 2012 - 19:09

Şimali Koreyada sabiq nazir müavinini minaatan vasitəsilə edam ediblər

Story Code : 206607
Şimali Koreyada sabiq nazir müavinini minaatan vasitəsilə edam ediblər
APA-nın məlumatına görə, bu edam növü Şimali Koreyanın rəhbəri Kim Çen Inın göstərişi ilə seçilib. Belə ki, dövlət başçısı «generaldan bir iz, hətta bir saçı belə qalmasın» əmri verib.

Xatırladaq ki, Kim Çol 2011-ci ilin dekabr ayında vəfat edən KXDR-in sabiq dövlət başçısı Kim Çen İrin ölümündən sonra layiqli şəkildə matəm saxlamamaqda ittiham olunub. Bəzi məlumatlara görə, sabiq nazir müavini matəm tədbirləri zamanı içkili vəziyyətdə saxlanılıb.

Qeyd edək ki, Kim Çoldan başqa 2012-ci ilin əvvəlində onlarla yüksək rütbəli zabit və yüksək vəzifəli məmur itkin düşüb. Qərb analitikləri hesab edirlər ki, bu hadisələr yeni dövlət başçısının apardığı «təmizləmə» siyasətinin nəticəsidir.
Comment