0
Saturday 27 October 2012 - 09:40

Sülh missiyasının uğur qazanması Qərb və ABŞ-dan öhdəlik almaqdan asılıdır

Story Code : 206906
Sülh missiyasının uğur qazanması Qərb və ABŞ-dan öhdəlik almaqdan asılıdır
"IslamTimes"ın verdiyi xəbərə əsasən, Suriyalı millət vəkili Ənəs Şami deyib: "Nə üçün BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzər İbrahimi Suriya böhranının həlli zəminində plan hazırlaya bilməyib? Biz başa düşürük ki, İbrahimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu missiyanın həyata keçirilməsi üçün təyin edilib. O xüsusi ilə son vaxtlar məntəqədə baş verən hadisələrlə bağlı BMT-nin tövsiyələri və təklifləri əsasında addım atmalıdır. Əhzər İbrahimi bacarıqlı, tədbirli bir insandır. Elə bu üzdən də uyğun missiya üçün o layiq görülüb. Amma İbrahiminin böhrandan çıxış yolu kimi təklif edəcəyi planın uğur qazanması üçün başda ABŞ, Qərb və daha sonra Ərəb dövlətləri Liqası olmaqla onu bu vəzifəyə təyin edənlərin dəstəyi lazımdır. Əks halda müvəffəqiyyət əldə edilməsi qeyri-mümkündür."

Millət vəkili əlavə edib: "Suriya xalqı da çox yaxşı bilir ki, Səudiyyə Ərəbistanı Qətər və Türkiyə kimi bir sıra ölkələrin Suriya böhranında birbaşa rolu var. Onlar terrorizmi himayə edirlər!"

Ənəs Şami ABŞ-da prezident seçkilərinin Suriyada sabitliyin bərqərar olunmasına təsiri ilə bağlı sualın cavabında deyib: "Düşünürəm ki, ABŞ-da seçkilər keçirilənədək Suriyadakı böhran üçün heç bir çıxış yolu yoxdur. Hər nə olsa seçkilərdən sonra olacaq."
Comment