0
Sunday 28 October 2012 - 14:35

Avropa Hizbullahı terroristlər siyahısına daxil etməkdən imtina edib

Story Code : 207201
Avropa Hizbullahı terroristlər siyahısına daxil etməkdən imtina edib
Avropa Hizbullahı terroristlər siyahısına daxil etməkdən imtina edib
Islam times.org/az/ - Cümə günü John O. Brennan Avropanı hələ də Hizbullahı terrorist təşkilatları siyahısına daxil etmədiyi üçün tənqid atəşinə tutub.

Brennan həmçinin deyib ki, İran və Suriya Hizbullahı dəstəklədikləri üçün cəzalandırılmalıdırlar.


24 iyulda Avropa Birliyi ABŞ-ın təziqi altında olmasına baxmayaraq İsrailin Hizbullahı qara siyahıya əlavə etməsi təklifini rədd etmişdir.

Avropa Birliyi Hizbullahı Livandakı fəal siyasi partiyalardan biri hesab edir. Onlar deyib ki, Livan siyasi qrupunu ABŞ-ın etdiyi kimi terror qrupu siyahısına daxil etmək üçün kifayət qədər sübut yoxdur.

Fransa başda olmaqla Avropa ölkələri bildiriblər ki, əgər onlar bu cür etsələr bu zaman Hizbullahın böyük sosial xidmətlərə sahib olduğu və siyasi qanadının hökumətdə yer aldığı Livan ilə münasibətlər korlanacaq.

Halhazırda Avropa Birliyinə 27 üzv ölkələrdən yalnız İngiltərə və Niderlanda Hizbullahı Avropa Birliyinin terror qrupları siyahısına daxil edilməsinə razıdırlar.

ABŞ-ın Avropa Birliyinə Hizbullahı terror qrupu siyahısına daxil etmək haqqında olan yeni təziqi Hizbullah baş katibi Nəsrullahın İsrail ərazisinə pilotsuz təyyarəni göndərməsini təsdiq etikdən bir həftə sonra baş verdi.

Pilotsuz təyyarə heç bir radara düşmədən işğal edilmiş Fələstin üzərində 100 km-də ərazidə uçmuş və İsrailin nüvə sahələrinə yaxınlaşmışdır.

Təhlükəsizlik ekspertlərinin bildirdiyinə görə bu hadisə İsrail təhlükəsizlik sisteminin zəif olduğunu və hər hansı bir ani hücum nəticəsində İsrailin bunun öhdəsindən gələ bilməyəcəyini göstərdi.
Source : İslamtimes
Comment