0
Tuesday 30 October 2012 - 20:32

Masonlar Ermənistana toplandılar

Story Code : 207778
Masonlar Ermənistana toplandılar
Masonlar Ermənistana toplandılar
Ermənistanda dünyanın müxtəlif ölkələrindən olan masonların gizli toplantısı keçirilib. Bu barədə məlumatı Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb.

Məlumata görə, toplantı 10 gün əvvəl İrəvandakı “Armenia Marriott” otelində baş tutub. Günlərlə davam edən iclasın bəzi iştirakçıları isə hələ ölkəni tərk etməyiblər.

Qəzetin qazdığına görə, Ermənistanda yaxın zamanlarda daha yüksək dərəcəli masonların iclasının keçirilməsi gözlənilir. Hətta mason hərəkatı olan “Grand Orient De France”ın böyük ustası hesab edilən Gi Arsizin də İrəvana gələcəyi də gözlənilir. Həmin şəxs ötən il erməni masonların yığıncağında da iştirak edib. /AzNews/
Comment