0
Wednesday 7 November 2012 - 06:22

Ərdoğan ABŞ-a aldandı

Story Code : 209841
Ərdoğan ABŞ-a aldandı
Bunu amerikalı politoloq, yazar və tarixçi Vebster Grifin Tarpli Press TV-yə müsahibəsində deyib.
HaqqYolunun Press TV-yə istinadlı məlumatına əsasən, Vebster deyib: Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan öz axmaqlığı Obamaya aldınıb. Nəzərə çarpan budur ki, Ərdoğana söz veriblər ki, Suriya dövləti, Əsəd iqtidarı və Bəs partiyası asanlıqla, Tunis və başqa yerlər kimi bir neçə həftə ərzində süqut edəcək.
O, əlavə edib: Bu məsələ baş vermədi. İndi isə təəssüfləndirici bir vəziyyət yaranıb. Baxmayaraq ki, bu məsəslə barədə öncədən proqnoz var idi. Ərdoğan bu məsələdə tək qalıb və yalnız özünü günahkar saymalıdır.
Tarpli deyib: Amerikanın bu şəraitində, tam seçki ərəfəsində, Suriyanın milli şurası gələn həftə Qətərdə yeni bir şura təşkil etmək istəyir. Bu fərlə ki, yeni şurada intiharçı terroristlərdən, xüsusilə də əl-Qaidədən daha çox üzv yer alacaq.
O, əlavə edib: Qarışıq vəziyyətdə NATO-nun müdaxiləsi müzakirə olunan zaman, Ərdoğan vəziyyəti özü üçün daha da ağırlaşdırdı.
Üsyançıların əvvəlcə Dəməşq, sonra Hələbə hücum etdikləri zaman Türkiyə ordusunun bu məntəqələrdə aktivliyi artdı və Türkiyə kürdləri müxtəlif üstünlüklər əldə etdilər. Misal olaraq, kürdlər Türkiyənin şimal-şərqində muxtariyyətdən də artıq üstünlüklər əldə ediblər. /HaqqYolu/
Comment