0
Thursday 8 November 2012 - 00:13

Daha bir jurnalist döyüldü

Story Code : 210078
Daha bir jurnalist döyüldü
Daha bir jurnalist döyüldü
www.Islam times.org/az/ - Human Rights Watch təşkilatının Azərbaycanla bağlı yayıldığı hesabatdan xəbərdarsınız, orda hüquqmüdafiəçilərinin və jurnalistlərin həbsindən də bəhs edilir.

Hesabat yerli ictimaiyyətə tam təqdim edilməmiş “Bizim yol” qəzetinin əməkdaşı Vüsal Yusubov öz maşınında bir neçə nəfər mülki geyimli tərəfindən vəhşicəsinə döyüldü.


Həmkarlarının ilkin rəyinə görə bir gün əvvəl qəzetdə çap olunmuş məqalə (http://bizimyolinfo.com/?sehife=1&xeber=4320) baş vermiş cinayət işi ilə əlaqədar ola bilər. Belə ki, boks üzrə dünya çempionu Salman Əlizadənin atası məqalədən bir gün sonra redaksiyaya zəng edib müxbiri öldürməklə təhdid etdiyi bildirilir.

Ancaq iş burasındadır ki, həmin yazı Vüsal Yusubovun imzası ilə çap olunmayıb ona görə bir qəzetin əməkdaşının yazdığına görə digər birisinin döyülməsi bir qədər şübhəlidir.

Bundan başqa şübhəli olan məsələ budur ki, Vüsal döyülən zaman ətrafda növbə aparan post potrul xidməti hadisəyə müdaxilə etməyə macal tapmayıb və sonradan aparılan axtarışlar nəticə verməyib.

Hadisənin təsadüf kriminal bir hal kimi qiymətləndirmək isə heç cür doğru deyil, birincisi ona görə Bakı kriminaqen baxımdan çox sabit şəhərdir, ikincisi basqın edən şəxslər Vüsalı qarət etməyiblər və yalnız döyməklə xüsusi bir mesaj vermiş olublar, üçüncüsü təcrübəyə görə jurnalistlərin təsadüfən kriminaqen ünsürlər tərəfindən döyülməsi heç zaman baş verməyib, dördüncüsü zəif olsa da ortada bir yazı və təhdid var, beşincisi artıq uzun müddətdir Aygün Əliyevanın tapılmaması ortaya ciddi şübhələr qoyur. Bu şübhələr hansılar olar bilər?

Versyalardan birinə görə Aygün Əliyeva Mahir Abdullayevin cinayət işində dindirilməsi lazım olan adamlardandır çünki vaxtilə Elşad Abdullayevlə az işbirliyində olmayıblar.

Başqa bir versiyaya görə isə Aygün Əliyeva bu gün də yüksək vəzifəli məmurlar və keçmiş zəngin məmurlar tərəfindən himayə olunur. Belə adamlardan biri keçmiş təhsil nazirinin müavini İbrahim İbrahimovdur.

Məlumdur ki, İbrahim İbrahimovun DİN-də və prokurorluqda qohumları çalışır və onlarla bu gün də sıx əlaqələri var. Ancaq görürsünüz ki, Azərbaycnda cinayətlərin üstünü açan və ya onlar barədə cəmiyyəti məlumatlandıran jurnaistlər həmin cinayətkar ünsürlər tərəfindən təqib olunursa polis lazım tədbirləri görmür.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment