0
Friday 9 November 2012 - 15:21

Bütün Rusiyanın Patriarxı Fələstinə gedir

Story Code : 210472
Bütün Rusiyanın Patriarxı Fələstinə gedir
Bütün Rusiya və Moskvanın Patriarxı Kiril bu gün Yaxın Şərq səfərinə başlayır. Səfər çərçivəsində Patriarx Kiril İordaniya və İsrail rejimi tərəfindən işğal edilmiş Fələstinə də gedəcək, - “İslamNyus” xəbər verir.

Xüsusilə Rusiya Pravoslav Kilsəsinin rəhbəri Qüdsə gələcək və burada Fələstin xristianları ilə görüşəcək. Bu barədə Moskva patriarxlığının mətbuat xidmətindən məlumat verilib.

Patriarx Kirilin İordaniya və Fələstində hökumət rəsmiləri ilə də görüş keçirəcəyi bildirilir. Onun Qüdsdən xristian dünyasına müraciət edəcəyi də gözlənilir. /Deyerler/
Comment