0
Tuesday 13 November 2012 - 09:34

"Senator Con Kerri ABŞ-ın yeni müdafiə naziri olacaq"

Story Code : 211450
"Senator Con Kerri ABŞ-ın yeni müdafiə naziri olacaq"
ABŞ prezidenti Barak Obama müdafiə naziri vəzifəsini demokrat-senator Con Kerriyə təklif etməyi düşünür. Washington Post qəzeti Ağ Evdəki mənbəyə əsasən bu barədə yazıb.

Daha öncə, Kerrinin dövlət katibi ola biləcəyi deyilirdi, lakin Washington Post-un mənbəyinin sözlərinə görə, bu vəzifəni ABŞ-ın BMT-dəki səfiri Süzan Rays tuta bilər.

Qəzetin yazdığına əsasən, Obamanın hazırkı milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Brennan MKİ-nin yeni başçısı olacaq. Hazırda MKİ direktoru vəzifəsini icra edən Maykl Morell prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq. /apa/
Comment