0
Tuesday 13 November 2012 - 18:15

İran raketlərini sınaqdan keçirir

Story Code : 211588
İran raketlərini sınaqdan keçirir
İran “Vilayət-4” hava hücumundan müdafiə manevri zamanı üç kiçikmənzilli raket kompleksini sınaqdan keçirib. APA-nın məlumatına görə, bu barədə İranın “Xatəmul Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili açıqlama verib. Onun sözlərinə görə, bunlar yerli mütəxəssislər tərəfindən hazırlanmış “Safat”, “Ya Zəhra 3” və “Qədər” adlı yeni raket sistemləridir: ““Ya Zəhra-3” raket sistemini bütün nöqtələrdə yerləşdirmək mümkündür. Qısa müddət ərzində yerli mütəxəssislər tərəfindən hazırlanıb, mobil və müxtəlif iqlim şəraitlərinə dözümlüdür. “Safat” raketi çox dəqiq və həssasdır, top mərmisi kimi istifadə edilə bilir”.

Qeyd edək ki, noyabrın 12-si İranın cənubunda və şərqində silahlı qüvvələrin geniş hərbi təlimləri başlayıb. 850 min kvadrat kilometrlik ərazidə keçirilən manevr zamanı radar, raket, rabitə, artilleriya, müşahidə və hava hücumundan müdafiə sistemlərindən istifadə edilir. Bir həftə davam edəcək təlimlərə İranın 8 min hərbçisi qatılıb. Manevrə İran ordusunun qırıcıları, “Sepah” qırıcıları, bombardmançı “F4”, “F5”, “F7”, “F14”, “Miraj” və “Suxoy” hərbi təyyarələri, yanacaq çatdıran təyyarələr sınaqdan keçirilir. Eyni zamanda manevr zamanı “Hug” ortamənzilli raket kompleksinin və İranın pilotsuz təyyarələrinin də sınaqdan keçiriləcəyi bildirilir.

İran Hava Hücumundan Müdafiə (HHM) üzrə "Vilayət-4" təlimlərinin ikinci günündə ilk dəfə 2011-ci ildə təqdim olunan orta mənzilli zenit-raket kompleksinin yerli istehsalını sınaqdan keçirir.

Bu barədə MEHR agentliyi xəbər verir. Habelə lazer məsafəölçənlə təchiz edilmiş 35 millimetr kalibrli "Oerlikon" zenit silahı döyüş vəziyyətinə bənzədilmiş şəraitdə sınaqdan keçiriləcək.

Təlimlərin ikinci günündə, həmçinin həm müharibə şəraitində, həm də ölkə əyalətlərinin keçiriləcək əməliyyatlarda iştirakı halında bombardmançıların, qırıcıların və pilotsuz uçuş aparatlarının hücumlarının keçirilməsi, habelə rəqiblə hərbi toqquşmanın təqlidi planlaşdırılır. Bazar ertəsi səhər İranda "Vilayət-4" HHM qüvvələrinin irimiqyaslı təlimləri başlayıb. /AzNews.az/
Comment