0
Sunday 18 November 2012 - 09:28

“Frans-Press” agentliyi Bakıdakı etiraz aksiyasından yazdı

Story Code : 212835
“Frans-Press” agentliyi Bakıdakı etiraz aksiyasından yazdı
“Frans-Press” agentliyi bu gün Bakıda baş verən olaylar haqqında geniş məlumat yayıb. Bildirilir ki, hökumətin sanksiya vermədiyi mitinq demokratik qüvvələr tərəfindən təşkil olunub. Mitinq iştirakçılarından 30 nəfər tutulub, ən azı 2 jurnalist isə fiziki zoraklıqla üzləşib.

100 nəfərə yaxın mitinqçi “Fantanlar Bağı“ ətrafında toplanıblar. Onlar “Azadlıq” deyə bağıraraq parlamentin buraxılmasını və prezident İlham Əliyevin istefasını tələb ediblər.

15 dəqiqə içində polis mitinqçilərə basqın edərək onları həbs edib. Və bu hadisələr “Frans-Press”in müxbirinin gözü qarşısında baş verib…

Mitinqdə jurnalistlər də döyülüb, baxmayaraq ki, onlar xüsusi geyimdə olduqlarından mitinqçilərdən asanlıqla seçiliblər.

Mitinqlə bağlı suallara cavab verən müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib: ”Hakimiyyət bir daha insanların azad toplaşmaq hüququnu zoraklqla qarşıladı. Bütün bunlara baxmayaraq, onlar narazı insanları susdura bilmədilər. İnsanlar öz etirazlarını ifadə etdilər.”

Müxalif Müsavat partiyasının iki nümayəndəsi isə hələ mitinq başlamamışdan həbs olunmuşdu. Bu barədə partiyanın bəyanatında deyilir.

Agentlik noyabrın 2-də sanksiyalaşdırılmamış mitinqlərin iştirakçıları və təşkilatçıları üçün cərimələrin artırılması ilə bağlı məsələyə də toxunub. Və bildirib ki,mövcud olan qanun ciddi şəkildə dəyişdirilib.

Agentlik Bakıda korrupsiya əleyhinə olan mitinqlərdə də onlarla adamın həbs olunduğunu bildirir. “Eurovision” musiqi yarışı ərəfəsində baş vermiş mitinqlərin də həbslərlə müşahidə olunduğunu yazıb.

Xəbərin sonunda deyilir ki, zorakılığa meyilli Əliyev hökuməti uzun müddətdir ki, beynəlxalq aləmdə fikir azadlığına qarşı amansızlıqda ittiham olunur. Onlar siyasi rəqiblərini həbsə atır və yad fikirliləri məhv edirlər. /Musavat/
Comment