0
Monday 19 November 2012 - 16:28

Misir prezidenti: “İsrailə Qəzzada dələduzluq etməyə imkan verməyəcəyik”

Story Code : 213309
Misir prezidenti: “İsrailə Qəzzada dələduzluq etməyə imkan verməyəcəyik”
“Biz İsrail rejiminin Qəzza əhalisinə qarşı iyrənc cinayətlərinin şahidi olmaqdayıq”, - deyə Misir prezidenti çıxışı zamanı bildirib, - “İslamNyus” xəbər verir.

“Biz bir daha təcavüzkarları xəbərdar edirik ki, onlar öz hökmranlığını Qəzza əhalisinə yeridə bilməyəcəklər. Biz Qəzzanı heç bir zaman təkbaşına buraxmayacağıq. Əgər mən öz ölkəmi təhlükə qarşısında görsəm, dərhal alternativ cavablar verəcəyəm”, - deyə Mursi bildirib.

Misir prezidenti İsrail rejimini xəbərdar edib ki, bu günün Misiri dünənkindən xeyli fərqlənir. “Bu günün Misiri İsrail rejiminin Qəzzada dələduzluq etməyinə imkan verməyəcək”, - deyə Mursi bildirib. /Deyerler/
Comment