0
Monday 19 November 2012 - 17:01

Çindən İsrail rejiminə çağırış

Story Code : 213315
Çindən İsrail rejiminə çağırış
“Reuters”in verdiyi xəbərə görə, Çin işğalçı İsrail rejiminin Fələstinə qarşı 6 gündür ki, davam edən silahlı hücumunu durdurmağa çağırıb. Rəsmi Pekin bildirib ki, zorakılıq Yaxın Şərqdə gərginliyi daha da artıracaq.

Agentlik qeyd edir ki, Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üçündən biridir. Ənənəvi olaraq bu ölkənin Yaxın Şərqdə diplomatik fəallığı aşağı olub. Amma son onilliklərdə Fələstinlə yaxın əlaqələr qurub.

Son illərdə isə Çin İsrail rejimi ilə də yaxşı əlaqələr yaradıb, xüsusən hərbi sənaye sahəsində ilişkiləri artıb. “Çin İsrail rejiminin Qəzza bölgəsində keçirdiyi hərbi əməliyyatlardan son dərəcə narahatdır. Biz günahsız insanlar arasında ölüm və yaralanma hallarına səbəb olmuş aşırı gücdən istifadəni pisləyirik”, - xarici işlər nazirinin sözçüsü Hua Xunaying belə deyib.

“Çin Fələstin məsələsində ərəb ölkələrinin mövqeyini dəstəkləyir. İndiki anda Misirin və Ərəb Liqasına daxil olan digər ölkələrin bu istiqamətdəki fəaliyyətin yüksək dəyərləndirir… Biz inadlı şəkildə tərəflərə, xüsusən İsrailə çatdırmaq istəyirik ki, maksimum həddə təmkin göstərərək atəşkəsə mümkün qədər tez nail olsunlar və vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinsinlər”. /Musavat/
Comment