0
Monday 19 November 2012 - 20:48

Suriya Fransanın qərarına etiraz edib

Story Code : 213408
Suriya Fransanın qərarına etiraz edib
Suriya Fransanın qərarına etiraz edib
Islam times.org/az/ - Fransa koalisiyanı nümayəndə göndərməyə dəvət etməsindən bir gün sonra Suriya Milli Barışıq naziri Əli Heydər deyib: “Fransa Suriya xalqına qarşı düşmən kimi hərəkət edir.”

Birinci Dünya Müharibəsindən sonra Fransanın Suriyadakı mandatlığına toxunan nazir deyib: “Bu qərarları ilə Fransa sanki işğal dövrünə qayıtmaq istəyir.”

11 Noyabrda Suriya prezidenti Bəşər Əsədə qarşı olan müxalifət koalisiyasının yaradılmasına razılıq vermiş və onları himayə edən dövlətlərdən onlara daha çox silah-sursat vermələrini tələb ediblər.

Koalisiya dərhal Türkiyə də daxil olmaqla Ərəb Liqası və altı Fars Körfəzi dövlətləri tərəfindən tanındı.

Fransa qərb dövlətləri içərisində yeni yaradılmış müxalifəti tanıyan və onlara açıq-aşkar silah-sursat verən ilk dövlət oldu. Müxalifət nümayəndəsi olan Monzer Maxousun Avropa ölkələri üzrə koalisiyanın nümayəndəsi olamsı gözlənilir.

Avropa Birliyi və ABŞ müxalifət blokuna öz dəstəklərini bildirsələrdə, hələki onu koalisiya kimi tanımayıblar.

Paris həmçinin planlaşdırır ki, Avropa Birliyindən Suriya hökumətinə qarşı döyüşən üsyançılara silah-sursat verilməsi haqqında embarqonu aradan qaldırmasını tələb etsin.

İran və Rusiya isə üsyançılara silah-sursat verilməsi haqqında xəbərdarlıq edib.
Source : İslamtimes
Comment