0
Tuesday 20 November 2012 - 14:10

Britaniya mediası İsrailin uydurma fikirlərinin təbliği ilə məşğuldur

Story Code : 213611
Britaniya mediası İsrailin uydurma fikirlərinin təbliği ilə məşğuldur
Britaniya mediası İsrailin uydurma fikirlərinin təbliği ilə məşğuldur
www.Islam times.org/az/ - Bu yaxınlarda Britaniyaya səfər edən rejimin müdafiə naziri Ehud Barak “The Daily Telegraph”-a müsahibə verib. 30 Oktyabr 2012-ci ildə baş verən bu müsahibə bir daha sübut etdi ki, Britaniya mediası İsrailin digərlərinə qarşı yalan və uydurma fikirlərinin təbliği ilə məşğuldur.

Müsahibə zamanı Barak yenə də heç bir dəlil və sübut təqdim etmədən İranı nüvə silahı istehsal etməkdə ittiham edib.

Qəsbkar rejim olan İsrail illərdir ki, digər dövlətləri, məxsusəndə dəstəkçiləri olan Qərbi inandırmağa çalışır ki, İranın dinc nüvə proqramı təhlükə xarakteri daşıyır.

Qərb mediasının İsrailin bu uydurma və yalan fikirlərini təbliğ etməsi yeni və təəccüblü bir şey deyil, ancaq maraqlısı odur ki, jurnalistlər bu məsələyə profissional şəkildə yanaşırlar.

Şəfəqna veb səhifəsində dərc edilən məqalədə deyilir: “İşğalçı İsrail rejiminin işğal edilmiş ərazilərdə sivil insanlara qarşı necə münasibət bəslədiyini və yaxud davrandığı haqqında bütün faktları bilən bir jurnalist necə bu rejiminin ordu rəhbərinə dünyada, məxsusəndə Yaxın Şərq zonasında vəziyyəti gərginləşdirmək üçün uydurma olan fikrilərinə təbliğ etməyə şərait yaratsın.”

“The Daily Telegraph”-ın əmkadaşı bilir ki, Barak işğalçı rejimin yüksək rütbəli məmurudur. BMT kimi beynəlxalq təşkilatlar təqdim edilmiş dəli, sübut və sənədlərə əsasən rejimin müdafiə naziri Fələstində baş verən qırğınlara görə bir başa cavabdehdir.

Ancaq bu kimi bütün dünya mediasına xatırlatmaq lazımdır ki, beynəlxalq atom agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyi və ABŞ kəşfiyyat agentləri dəfələrə arşdırma apararaq nəticəyə gəlmişdilər ki, İran nüvə silahına sahib deyil. Ancaq İsrail hər an digər xalqlara atmaq üçün hazır vəziyyətdə olan 250-dən çox nüvə silahı başlığına sahibidr. Ancaq çox təəssüflər olsun ki, nədənsə bu jurnalistlər bunları görməməzlikdən gəlirlər.
Source : İslamtimes
Comment