0
Thursday 22 November 2012 - 07:38

“Şimal bölgəsində İmam Hüseynin (ə) əzadarlığı ittifaqa səbəb olur”

Story Code : 214192
“Şimal bölgəsində İmam Hüseynin (ə) əzadarlığı ittifaqa səbəb olur”
“Şimal bölgəsində İmam Hüseynin (ə) əzadarlığı ittifaqa səbəb olur”
Artıq Məhərrəm-Səfər əyyamı daxil olub. Azərbaycanın bütün yerlərində olduğu kimi, şimal bölgəsində də əzadarlıq mərasimlərinə başlanılıb. Şimal bölgəsində keçirilən mərasimlər haqda Deyerler.Org-a Xaçmaz şəhər sakini, ilahiyyatçı Hacı Zaur Məmmədov bunları bildirib: “Bütün İslam dünyasında olduğu kimi, ölkəmizin şimal bölgəsində də Məhərrəm-Səfər əyyamı xüsusi şəraitdə keçir, mərasimlər növhəxanlıq, sinəzənliklə qeyd edilir. Camaatın məzhəbindən, təriqətindən asılı olmayaraq, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) olan məhəbbət bu məclisləri daha da rövnəqləndirir. Şimal bölgəsi kimi həssas bölgədə çoxdinli xalqların burada yaşamasına, müxtəlif təriqətlərin burada mövcud olmasına baxmayaraq, İmam Hüseynin (ə) əzadarlığı müsəlman xalq arasında bir ittifaqa səbəb olur. Xalq Aşura gününün qəmini, Peyğəmbər (s) nəvəsinin və Əhli-beytinin (ə) başına gələn müsibətləri bir yerdə qeyd edir. Bu əzadarlıq İslam ümməti üçün çox böyük fürsətdir. Əlbəttə, bu vəhdətə mane olmaq istəyənlər də var, onların olması bu xalqı ruhdan salmaz. Xalqın vəhdəti bu barədə qorunduqca, onlar da əriyib yoxa çıxacaqlar. Azərbaycan xalqı daim Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) sadiq olub, bu Azərbaycanın tarixindən bəllidir. Bu gün də bu cürdür. İnşallah, ümidvarıq ki, bundan sonra da gələcək nəsillərimiz də bu mübarək ənənəni yaşadacaqlar”.
Source : Deyerler
Comment