0
Friday 23 November 2012 - 14:47

Şeyx Türkiyə mətbuatında

Story Code : 214580
Şeyx Türkiyə mətbuatında
Şeyx Türkiyə mətbuatında
Islam times.org/az/ - Fələstin qan ağladığı halda Azərbaycan da Məhərrəmlik təziyəsi geniş surətdə var desəm yalançı olaram, əlbəttə məscidə gedənlər var, bu cür adamlar elə Sovet dövründə də olublar, ancaq mətbuatda əyləncə, eş işrət dalğası ərşə çıxıb.

Bu arada şeyx gündəmdən düşmür, vijdan azadlığının nə olduğunu bilməyən şeyx İstanbulda keçirilən “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqü” Avrasiya İslam Şurasının VIII zirvə toplantısında çıxış edərək qərbdə İslama qarşı fobiyanın olduğundan və Qurani Kərimi əsgərlərin hədəfə alaraq atəş etdiyindən gileylənib.

Mübahisə etmirəm, həqiqətən təəsüflər ki, belə əsgərlər var, həqiqətən qərb İslamı sevmir, ancaq burda bir sual yaranır: İki il əvvəl hicaba azadlıq tələb etmək üçün təhsil nazirliyinin qarşısında etiraz aksiyası keçirən dindar xanımları yerə yıxıb təpikləyən və Qurani Kərimi tapdalayan (bunların hamısını siz videolarda görmüsünüz) polis hansı ölkədə Azərbaycana gətirilmişdi?

Bu hadisə ilə bağlı bir adam şeyxin reaksiyasını gördümü? Həmin hadisənin üstündən bir həftə keçməmiş dindarların şeyxə göndərdiyi məktuba cavabda bilirsinizmi nə yazılmışdı? Ümumiyyətlə cavab yazılmamışdı.

QMİ-nin mətbuat katibi olan bir qadın var, adı yadımdan çıxıb ancaq deyəsən familiyası Dadaşovadır, onun adətən cavabı belə olur: biz müraciətlərə cavab verməkdə borclu deyilik. Şeyx Türkiyədə gündəmdə qalmaq istəyirsə buna çətin nail olsun, orda mətbuat azaddır və istədiyi sualları verə bilir.

İSLAMTİMES - ELVİN CAVDOV
Source : İslamtimes
Comment