0
Saturday 24 November 2012 - 20:50

Suriya Türkiyənin “Patriot” raket sistemi planını tənqid edib

Story Code : 214895
Suriya Türkiyənin “Patriot” raket sistemi planını tənqid edib
Suriya Türkiyənin “Patriot” raket sistemi planını tənqid edib
Islam times.org/az/ - Bu həftənin əvvəllərində Türkiyə NATO-dan Suriya ilə sərhədlərini müdafiə etmək məqsədi ilə Patriot raket sistemini qurmağı xahiş etmişdir. Çərşənbə günü NATO baş katibi Anders Fogh Rasmussen deyib ki, aliyans Türkiyənin təklifini dərhal dəyərləndirəcək.

Cümə günü Suriya xarici işlər nazirliyinin rəsmisi Ankaranı gərginlik və münqaişə yaratmaqda ittiham edib.
Suriya rəsmisi Türk planını yeni təxribat əməli adlandırıb.

Kimliyi dəqiqləşməyən rəsmi Suriya dövlət televiziyasına deyib: “ Suriya Ərdoğanı Türkiyə ilə Suriya sərhədlərində vəziyyəti hərbiləşdirməkdə günahkar bilir.”

Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib ki, Türkiyənin bu hərəkəti regionda böyük münaqişəyə gətirib çıxara bilər.

Lavrov deyib: “Mən başa düşürəm ki, heç kimin NATO-nu Suriya münqaişəsinə cəlb etmək fikri yoxdur. Ancaq nə qədər çox silah-sursat yığılsa, onların istifadə olunma riski bir o qədər artır.”

2011-ci ilin mart ayından başlayan Suriya münaqişəsi nəticəsində ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli insan həlak olmuşdur.

Suriya hökuməti ölkədəki münqaişənin ölkədən kənarda hazırladığını bildirmiş və əldə olan sübutlara əsasən ölkədəki silahlı üsyançıların əksəriyyəti xaricilərdən ibarətdir.
Source : İslamtimes
Comment