0
Sunday 25 November 2012 - 12:04

DEVAMM məmurların Aşura mərasimlərinə qarşı hərəkətlərini pisləyir

Story Code : 215016
DEVAMM məmurların Aşura mərasimlərinə qarşı hərəkətlərini pisləyir
DEVAMM məmurların Aşura mərasimlərinə qarşı hərəkətlərini pisləyir
DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Gəncə şəhərində hökumət nümayəndələrinin Aşuraya qarşı hərəkətlərini pisləyən bəyanat yaymışdır. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Gəncə şəhərində Aşura tədbirlərini əngəlləməklə bağlı narahatedici xəbərlər daxil olmaqdadır. Gəncə polisinin Aşura heyətlərinə qarşı kobudluğu, məscidlərin bağlanması, büdcə təşkilatı işçilərinin işə çıxmağa məcbur edilməsi, məktəb müəllimlərinə təzyiq, mərasimlərin yalnız “İmamzadə” hərəmi ilə məhdudlaşdırılması, ticarət və iaşə obyektlərinin işləməsi ilə bağlı sahibkarlara təzyiq edilməsi – bunlar Gəncədə Aşura tədbirlərini əngəlləmək cəhdləri ilə bağlı daxil olan xəbərlərin yalnız bir hissəsidir.
DEVAMM bu hərəkətləri qətiyyətlə pisləyir, bunları insanların konstitusion hüquq və azadlıqlarını pozan qeyri-hüquqi əməllər kimi dəyərləndirir. DEVAMM bəyan edir ki, Aşuraya qarşı, inanca qarşı bu kimi kobud rəftar insanlara ateist Sovet rejiminin ən sərt vaxtlarında sərgilənən yanaşmanı xatırladır. Bunlar yalnız bölücülüyə, cəmiyyətdaxili vəhdətinin pozulmasına, dövlətçiliyin zəifləməsinə xidmət edir.
DEVAMM bəyan edir ki, bu kimi qeyri-qanuni əməllərin fonunda ölkəmizdə tolerantlıq ab-havasının olması barədə iddialar xüsusilə yersiz görünür. Belə ki, milyonlarla azərbaycanlının mental koduna yazılmış Aşura ehtiramına, Aşuranı yaşatmaq ənənəsinə qarşı bu cür sayğısızlıqlar yer aldığı halda, hansısa fərqli baxışlara qarşı dözümlülüyün səmimiyyətinə kim inana bilər?!
DEVAMM olaraq, vətəndaşların dini etiqad və vicdan azadlıqlarının pozulması hallarına son qoymaqla bağlı, inancla bu kimi rəftarlara yol verilməməsilə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırırıq.
Eyni zamanda ölkə ictimaiyyətinə müraciətlə, vicdan azadlıqlarının pozulması hallarına qarşı, o cümlədən, Aşura mərasimlərinin əngəllənməsinə qarşı prinsipial mövqe sərgiləməyə çağırırıq”.
Source : Deyerler
Comment