0
Sunday 25 November 2012 - 20:32

Gəncədə bu il Aşura mərasimində xüsusi izdiham yaşanıb

Story Code : 215132
Gəncədə bu il Aşura mərasimində xüsusi izdiham yaşanıb
“Deyerler.org”a Gəncədən verilən məlumata görə, bu il əsas Aşura mərasimləri “İmamzadə” ziyarətgahında, həmçinin Gəncənin daha dörd böyük məscidində qeyd edilib.

Gəncənin “Furqan” İctimai Birliyinin sədri Hacı Vuqar İsgəndərov keçirilmiş əzadarlıqlarla bağlı “Deyerler.org”a bildirib ki, bu il “İmamzadə” ziyarətgahına müxtəlif bölgələrdən on minlərlə zəvvar gəlib. “Gəncədə bu il də Aşura böyük xalq kütləsinin iştirakı ilə keçirilib. Xüsusilə İmam Cəfər Sadiqin (ə) qardaşı Həzrət İbrahimin (ə) ziyarətgahına gələnlər arasında yerli insanlarla yanaşı, həm də ölkənin müxtəlif bölgələrdən, həmçinin xarici ölkələrdən gələn zəvvarlar da yer alırdı. Bu il də Aşura əzadarlığı böyük əzəmətli keçirildi, mərsiyələr oxundu, ehsanlar paylandı. “İmamzadə” ilə yanaşı daha dörd məsciddə də tədbirlər keçirildi. Eyni zamanda şəhərin müxtəlif yerlərində ehsanlar paylandı”, - deyə Hacı Vüqar İsgəndərov bildirib.

Hacı Vüqar eyni zamanda şəhərdə əzadarlıq mərasimlərinin keçirilməsinə süni maneələrin törədildiyini də bildirib. “Aşura gününün ölkədə qeyri-iş günü elan edilməsinə çağırışlar olduğu bir vaxtda, bu gün bazar günü olmasına baxmayaraq insanlar iş yerlərinə məcburi şəkildə çağırıldı, bəzi təhsil müəssisələrində dərslər keçirildi. Eyni zamanda , bölgələrdən gələn zəvvarlar üçün çətinlik yaratmaq məqsədilə avtobusların şəhərə girişinə əngəllər yaradıldı. Bütün bunlara baxmayaraq Gəncədə bu il əzadarlıq məclisləri digər illərə nisbətən daha izdihamlı keçirildi”, - deyə Hacı Vüqar əlavə edib.
Comment