0
Saturday 1 December 2012 - 15:21

İran: “ABŞ Yaxın Şərqdə nüvə tərk-silahını istəmir”

Story Code : 216781
İran: “ABŞ Yaxın Şərqdə nüvə tərk-silahını istəmir”
ABŞ “Yaxın Şərq – nüvə silahından azad zona” adlı beynəlxalq konfransın keçirilməsinə mane olmağa çalışır. Onlar İsrail rejiminin nüvə silahına görə tənqid ediləcəklərindən ehtiyatlanırlar. BMT Baş Assambleyasında Yaxın Şərqdəki vəziyyətə həsr edilmiş çıxışı zamanı İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bu barədə bildirib, - “RİA Novosti”.

İran rəsmisi bildirib ki, ABŞ Yaxın Şərqdə nüvə silahının olmasında maraqlıdır. “ABŞ-ın əsas müttəfiqi olan İsrailin nüvə silahına malik olması artıq heç kəs üçün sirr deyil. Amerika isə İsrailin nüvə silahının məhdudlaşdırılmasını istəmir”, - deyə Xəzai bildirib.

Qeyd edək ki, bundan öncə artıq Çin hökuməti də ABŞ-ın Yaxın Şərq üzrə belə bir konfransın keçirilməsinə mane olmaqda ittiham edib.
Source : Deyerler
Comment