0
Saturday 1 December 2012 - 15:40

Video üsyançıların silahsız Suriyalı məhbusları qətlə yetirdiklərini göstərir

Story Code : 216828
Video üsyançıların silahsız Suriyalı məhbusları qətlə yetirdiklərini göstərir
Video üsyançıların silahsız Suriyalı məhbusları qətlə yetirdiklərini göstərir
Islam times.org/az/ - Cümə axşamı günü internetdə yayılan videoda 10 üzüqoyulu şəkildə uzanan şəxslər nümayiş etdirilir.

“Allah and olsun ki, biz dinc vətəndaşlarıq” videodakı şəxslərdən biri bu cür yalvarır. Cavabında isə üsyançılar ona silahdan atəş açaraq onu qətlə yetirirlər. Sonra ona silahdan daha çox atəş açırlar və bədəni güllədən dərmədeşik olur.

Üsyançılardan biri tərəfindən çəkilməsi ehtimal olunan bu çəkilişdə güllələmədən əvvəl göstərilir ki, adamlardan ikisi tərpənmir və birinin də sinəsindən qan axır.

Videoda olan səslər göstərir ki, bu hadisə Türkiyə sərhəddi yaxınlığında yerləşən Ras əl Ain kəndində baş verib.

Suriyadakı bu münaqişə 2011-ci ilin mart ayında başlayıb.

Suriya hökuməti deyir ki, bu münaqişə xaricdən idarə olunur və əldə olan faktlara əsasən üsyançıların əksəriyyəti xarici vətəndaşlardır.

Üsyançı qruplar bəzi Qərb dövlətləri və Qətər, Səudiyyə Ərəbistan və Türkiyə kimi regional müttəfiqləri tərəfindən dəstəklənir və artıq 20 aydan çox bir müddətdir ki, Suriya hökumətini yıxmaq istəyirlər.

Müxtəlif beynəlxalq insan hüquqları təşkilatları xaricdən dəstək alan üsyançıları hərbi cinayət törətməkdə ittiham ediblər.
Source : İslamtimes
Comment