0
Tuesday 4 December 2012 - 14:42

ABŞ diplomatı: İsrail dərk etməlidir ki, Fələstinin BMT üzvlüyü vəziyyəti dəyişir

Story Code : 217844
ABŞ diplomatı: İsrail dərk etməlidir ki, Fələstinin BMT üzvlüyü vəziyyəti dəyişir
ABŞ diplomatı: İsrail dərk etməlidir ki, Fələstinin BMT üzvlüyü vəziyyəti dəyişir
Islam times.org/az/ - ABŞ rəsmisi həmçinin xəbərdarlıq edərək bildirib ki, əgər baş nazir Benyamin Netanyahu İsrailin yeni hökumətinə rəhbərlik edərsə bu zaman Fələstin tərəfi ilə düzgün və nəticə verən danışıqlar aparmalı və zorakılıqdan əl çəkməlidir, əks təqdirdə beynəlxaq ictimaiyyətdə öz nüfuzunu təmamilə itirəcəkdir.

Cümə axşamı günü BMT Baş Assambleyası Fələstinə qeyri üzv müşahidəçi dövlət statusu verilməsinə səs verdi.

Assambleyanın 193-üzvündən 138-i Fələstinin lehinə səs verərək bu statusu qazanmasını təmin etdilər. Kanada, İsrail və ABŞ-da daxil olmaqla 9 üzv dövlət Fələstin əleyhinə səs verdilər.

Bu səs vermə Fələstinin qələbəsini və ABŞ və İsrail siyasətinin məğlubiyyətini göstərdi.

Bu arada Fələstin Müqavimət Hərəkatı Həmas cümə günü BMT Baş Assambleyasının bu qərarını alqışlamış və bunu Fələstin xalqının qələbəsi kimi qiymətləndirmişdir.
Source : İslamtimes
Comment