0
Wednesday 12 December 2012 - 09:02

Eşton: Suriya böhranının həlli siyasi yolla mümkündür

Story Code : 220450
Eşton: Suriya böhranının həlli siyasi yolla mümkündür
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton "Əl-Aləm" kanalı ilə müsahibəsi zamanı deyib: "Hamı yekdil olaraq Suriya böhranının danışıqlar yolu ilə həllinə üstünlük verir."

Bu gün Suriyada özünü müxalifət adlandıran terrorçu qruplaşmalar xalqın bütün nümayəndələrini qəbul etməyə vəzifəli olduğu halda əməliyyatlar zamanı dinc əhalini qətliam edir. Avropa da bu qruplaşmaların Suriya xalqının nümayəndəsi olması ilə bağlı şəkkə düşüb.

Xatırladaq ki, son günlər Əsəd dövləti müxaliflərinin dinc sakinlərin balta ilə boynunu vurmasına aid video çarxlar yayılıb.

Maraqlısı isə budur ki, İraq, Əfqanıstan, Pakistan və bir çox digər ölkələrdə ABŞ və Qərb tərəfindən terrorçu kimi tanıtdırılan Əl-Qaidə bu gün Suriyada ABŞ-dan hər tərəfli dəstək alır.
Comment